x
Loading...
.

Bu yollar 8 gün bağlı olacaq - FOTO

Bu yollar 8 gün bağlı olacaq - FOTO
17:03 5 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Halqası (BŞH) ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri təqdim edilib.

BŞH-dən verilən məlumata görə, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 19-u gecə saat 01:00-dan etibarən iyunun 27-i səhər saat 06:00-dək bağlı olacaq.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan səhər 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Rəşid Behbudov küçəsi tərəfdən olacaq.

1 - İçərişəhər

2 - Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər

3 - BMT-nin 50 illiyi küçəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR