Çavuşoğlu Moskvada Qarabağı müzakirə edəcək

Çavuşoğlu Moskvada Qarabağı müzakirə edəcək
17:08 5 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Mövlud Çavuşoğlunun iyunun 16-18-də Moskvada keçiriləcək Türk Festivalına qatılması nəzərdə tutulur.

Paytaxt Moskvanın mərkəzində yerləşən “Krasnaya Presnaya” parkında təşkil olunacaq Türk Festivalında Mövlud Çavuşoğlu ilə yanaşı, digər tanınmış şəxslərin də iştirak gözlənilir.

Səfər zamanı Mövlud Çavuşoğlunun Rusiya prezidenti Vladimir Putin, rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

Rusiya mediası yazır ki, görüşlərdə Suriya böhranı, Yaxın Şərqdəki vəziyyət, ABŞ-Rusiya münasibətləri və Dağlıq Qarabağla bağlı müzakirələrin aparılması gözlənilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR