Təhsil naziri əmr verdi

Təhsil naziri əmr verdi
11:01 8 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etsinlər.

Hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanması, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, bunlarda dərs ili ərzində bədii əsərlərin oxuşunması və müzakirəsinin təşkili tapşırılıb.

Bundan əlavə məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahə­sində Nobel mükafatına layiq görülmüş yazıçı­ların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onlar bu əsərləri mütaliə etməyə istiqamətləndiriləcək.

Şagirdlər oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşaları aparılması və onların müzakirəsi, oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələri təşkil ediləcək.

Məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə­lərinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamları keçirilməcək.

Əmrin yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində nazirliyə hesabat göndəriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR