Türkiyə həbsxanadan buraxılan sənətçini belə qarşıladı – VİDEO

Türkiyə həbsxanadan buraxılan sənətçini belə qarşıladı – VİDEO
17:23 5 İyun 2017
119 Şou
Ölkə mətbuatı
A- A+

Narkotik ticarəti ilə məşğul olmaqda günahlandırılan müğənni və bəstəkar Dəniz Səki bu gün azadlığa buraxılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 ildir Bakırköy Qadın Qapalı Həbsxanasıda yatan ulduz çıxışda böyük izdihamla qarşılaşıb. O, jurnalistlərə "Çox çətin bir yoldu" , - deyə etiraf edib. Daha sonra isə D.Səki sülh və azadlıq rəzmi olan göyərçini göyə uçurub və hisslərini belə ifadə edib:

"Bu qədər gözəl və sevgi ilə qarşılaşdığım üçün təşəkkür edirəm. Bu illər ərzində dimdik ayaqda qalmağıma dəstək oldunuz. Çox çətin bir yoldu, amma Allahın izni ilə çıxdım. 2 gün sonra mətbuat konfransı olacaq. İndi isə izn versəniz, bir az dincəlmək istəyirəm".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/201429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR