Yeni “Microsoft” proqramı sevimli qəhrəmanın obrazını yaradır

Yeni “Microsoft” proqramı sevimli qəhrəmanın obrazını yaradır
17:35 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” bir neçə il əvvəl korporasiya əməkdaşlarına boş vaxtlarında mobil əlavələr hazırlamağa imkan verən “Garage” layihəsini istifadəyə verib. Təşəbbüs sayəsində “iOS” və “Android” əməliyyat sistemləri üçün çoxlu proqramlar yaradılıb. Bu yaxınlarda isə ABŞ proqram təminatı istehsalçısının mühəndislər qrupu populyar aktyor və ya film personajının surət modelini istifadəçi sifətinə yerləşdirərək yoxlamağa imkan verən “Face Swap” mobil əlavəsini hazırlayıb. Bunun üçün “Microsoft Research” mütəxəssisləri tərəfindən yaradılan sifətin tanınması texnologiyasından və “Bing” sistemində fotoşəkillərin axtarışından istifadə olunur.   
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Face Swap” əlavəsi işə salındıqdan sonra “selfie” çəkmək tələb olunur. Proqram, həmçinin kadrı daha yaxşı qurmaqla bağlı tövsiyələr verəcək. Əlavə sifəti avtomatik tapdıqdan sonra onu quraşdırılmış axtarış sistemi vasitəsilə aşkar edilən digər istənilən fotoşəkilə yerləşdirmək mümkün olacaq. Əksər analoqlardan fərqli olaraq “Face Swap” dərinin rəngini, işıqlandırma şəraitini, başın dönməsini və əyilməsini düzəldir. Mütəxəssislər gələcəkdə də müntəzəm olaraq sifətin dəyişdirilməsi üçün tövsiyə edilən fotoşəkillərin seçimini yeniləməyi planlaşdırırlar.
Hazırda “Android” sistemli qurğu istifadəçilərinin yükləyə bildiyi “Face Swap” əlavəsinin tezliklə “iOS” sistemində də istifadəyə veriləcəyi gözlənilir.  

Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48238-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR