2017-ci ildə kompüter qurğularının qlobal tədarük həcmi 433 milyon təşkil edəcək

2017-ci ildə kompüter qurğularının qlobal tədarük həcmi 433 milyon təşkil edəcək
17:35 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Tayvanın “Market Intelligence and Consulting Institute” (“MIC”) analitik təşkilatının proqnozuna əsasən, 2017-ci ildə noutbuk, masaüstü fərdi kompüter sistemləri, planşetlər və serverlər daxil olmaqla kompüter qurğularının qlobal tədarük həcmi 433 milyon təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər bildiriblər ki, 2016-cı illə müqayisədə (yuxarıda sadalanan fərdi kompüter növlərinin tədarük həcmi 9% azalaraq 451 milyon təşkil etmişdi) cari ildə azalma tempi 4% təşkil edəcək. “MIC”-in qiymətləndirməsinə görə, ötən il istehsalçılar dünyada 10,6 milyon server, 181 milyondan çox planşet, 156,3 milyon noutbuk və 103,53 milyon masaüstü kompüter tədarük ediblər.

2017-ci ildə leptop və masaüstü sistemlərin tədarük həcmi 99 və 156 milyon, planşetlərdə isə 167,4 milyon səviyyəsində gözlənilir ki, bu da ötənilki göstəricilərlə müqayisədə müvafiq olaraq 0,4%, 4,3% və 7,6% aşağıdır. Eyni zamanda server seqmentində 4,7%-lik artım gözlənilir.

"Cari ildə qlobal serverlər bazarında brend şirkətlər tərəfindən göstərilən “bulud” xidmətlərinin inkişafı nəticəsində artım qeydə alınacaq" – Tayvanın analitik şirkətindən bildirilib.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48235-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR