İndoneziya OPEC-ə üzvlüyünü bərpa edə bilər

İndoneziya OPEC-ə üzvlüyünü bərpa edə bilər
17:47 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Ötən həftə İndoneziya hökuməti neft hasilatının azaldılmaması şərti ilə OPEC-ə üzvlüyünün bərpası üçün sənədləri kartelə təqdim edib.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın energetika və dağ-mədən sənayesi nazirinin xüsusi müşaviri Hadi Curaid bildirib: “İndoneziya neft hasilatınım azaldılmayacağı şərti ilə OPEC-ə üzvlüyünün bərpasına razıdır. OPEC İndoneziyanın hasilatı azaltmamaq tələbi ilə razılaşır".
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, bir neçə OPEC üzvü İndoneziyadan yenidən kartelə qoşulmağı xahiş edib. Hökumət karteldə İndoneziyanı kimin təmsil edəcəyini hələ müəyyənləşdirməyib.
Ötən ilin noyabr ayında İndoneziya OPEC-də üzvlüyünün dondurulması barədə qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ndoneziya-opec-e-uzluyunu-berpa-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR