Kriştianu Ronaldunun oğlu iki rəqibini fintlə keçərək qol vurub

Kriştianu Ronaldunun oğlu iki rəqibini fintlə keçərək qol vurub
18:02 5 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ İspaniya "Real Madrid"i Çempionlar Liqasındakı qələbəsini "Santyaqo Bernabeu" stadionunda qeyd etdiyi vaxt Kriştianu Ronaldunun oğlu həmyaşıdları ilə futbol oynayıb. 
"Report"un məlumatına görə, kiçik Ronaldu iki rəqibini fintlə keçdikdən sonra qol vurub. Balaca futbolçunun driblinqini tribunalar alqışlayıb. "Real Madrid"in rəsmi "YouTube" kanalına qoyulduğu 10 saatdan da az müddətdə video milyondan çox izləyici toplayıb. 
Qeyd edək ki, bu ay kiçik Ronaldunun 7 yaşı tamam olur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kristianu-ronaldunun-oglu-iki-reqibini-fintle-kecerek-qol-vurub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR