Azərbaycanda kənd təsərrüfatına 10,5 milyon manat ayrıldı

Azərbaycanda kənd təsərrüfatına 10,5 milyon manat ayrıldı
18:34 5 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın A zərTac-a istinadən məlumatına görə, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon manat vəsait ayrılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR