x
Loading...

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilib

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilib
18:38 5 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən aşağıdakı şəxslər Fondun Müşahidə Şurasının üzvləri təyin ediliblər:

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu - "Xalq qəzeti"nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu - "Trend" İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu - "Səs" qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi

Mirzəyev Ayaz Nizami oğlu - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

Rüstəmov Əvəz Cahangir oğlu - "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

Bu sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/201438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR