Bu da oldu - kişi hamilə qaldı

Bu da oldu - kişi hamilə qaldı
18:52 5 İyun 2017
169 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikanın Oregan ştatında qəribə hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 34 yaşlı Tristan Riz adlı homoseksual ilk övladını dünyaya gətirməyə hazırlaşır.

2011-ci ildən Biff Çaplov ilə evli olan Tristan əslində qız olaraq dünyaya gəlib. Lakin gənc yaşlarında cinsini dəyişdirərək oğlan olub. Bəzi əməliyyatlar və testosteron müalicəsi ilə o, demək olar ki, görünüşcə tamamilə kişiyə çevrilib. 

Cütlük evləndikdən sonra iki uşağı övladlığa götürüb. 

Tristan cinsiyyətini dəyişdirsə də, özü uşaq sahibi olmaq istəyib. Uşaqlığını saxlayan "kişi" ötən il hamilə qalıb, lakin 6 həftəlik uşağını itirib. Rizin kişilik hormonlarını artırmaq məqsədi ilə qəbul etdiyi dərmanlar onun hamilə qalma şansını sıfıra endirib. Lakin gözlənilmədən o yenidən hamilə qalıb. 

Cəmiyyətin reaksiyasından qorxan cütlük aylarla bu xəbəri gizli saxlayıb. O, çölə çıxanda böyüyən qarnını enli geyimlərlə örtüb. 

Lakin hamiləliyinin son aylarında olan Riz artıq bunu gizlətmir və hətta həyat yoldaşı ilə çəkilmiş şəkilləri sosial media hesabında yerləşdirir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR