Şou-biznesin heç vaxt ailə qurmayan xanımları - ADLAR - FOTOLAR

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları - ADLAR - FOTOLAR
20:14 5 İyun 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

 

Lent.az- şou-biznesin heç bir zaman ailə qurmayan tanınmışlarından bəzlərini təqdim edir:

 

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları:

 

Aşıq Telli Borçalı ailə qurması üçün ideal bir namizədin olmadığını deyib. İfaçı bir müddət öncə açıqlama verərək bildirib ki, onun ailə quracağı bəy çox ciddi olmalıdır: "Deyib-gülən qadın olsam da, əsəbi kişilərdən xoşum gəlir. Hər dəqiqə məni döysün istəmirəm. Əgər yeməyi, paltarı hazır deyilsə, meyitimi yerə sərsin. İnanın, ona heç nə demərəm. Günahım olsa, məni döysün".

 

Müğənni Natavan Həbibi ailə quracağını açıqlasa da hələ ki, rəsmi nəsə yoxdur.

 

Müğənni Şəbnəm Tapdıq isə subaylığını heç bir şeyə dəyişmək istəmir. İki dəfə nişan qaytaran məşhur ona gələn elçiləri də qapıdan içəri buraxmır: “Bir dəfə bizə bir nəfər gəlmişdi. Gördüm ki, atamla elçilikdən, götürüb qaçmaqdan danışır. Mən də sakitcə qapının arasından qulaq asıram. Anam da gələn qonağa çay aparıb, çay gətirirdi. Anamdan soruşdum ki, bu, kim üçün gəlib? Dedi, sənin üçün. Mən də mətbəxtdən bıçaqla çıxdım, dedim ki, bu dəqiqə qolumu kəsəcəm, çıx çölə. 

 

“7-17” mahnı müsabiqəsindən tanınan müğənni Xəyalə Manaflı da nişanlı olub, nişanlısından ayrılıb. Hələ ki, subaydır.

 

Müğənni Səidə Sultan subay olsa da, bu il ailə quracağını Lent.az-a açıqlayıb.

 

 

Hələ ki, subay olan müğənni Sədaqət Ulduz da özünə yaraşan bir bəy olduğu halda ailə quracağını deyib: “Hamı istəyir ailə qursun, normal münasibəti olsun, xoşbəxt yaşasın. Şəxsi həyatımla gündəmə gəlməmişəm, gəlmək də fikrim yoxdur. Əcnəbi ilə ilə qurmaq problem deyil, mən onun əleyhinə deyiləm. Təklif gəlmişdi, amma yerindəcə “yox” dedim”. 

 

Müğənni Sevda Yahyayeva da subaylar siyahısındadır.

 

Aparıcı Kəmalə Piriyeva da Sevda Yahyayeva kimi hələ ki, subaydır.

 

 Müğənni Günay İbrahimli də ailə qurmayan məşhurlar siyahısında olsa da, artıq “həvəsdi-bəsdi” deyib, ailə qurmağa hazırlaşır.

 

ATV-nin aparıcısı Nərgiz Vahabqızı da hələ ki, “subaylıq sultanlıdır” deyir.

 

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova da bu il ailə qurmaq niyyətindədir. O, 3 dəfə nişanlı olub. 

 

“Space”in aparıcısı Günel Həsənzadə də subaydır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR