Azad Ticarət Zonalarının yaradılması haqqında qanun layihəsi ilin sonuna qədər parlamentə təqdim olunacaq

Azad Ticarət Zonalarının yaradılması haqqında qanun layihəsi ilin sonuna qədər parlamentə təqdim olunacaq
20:15 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azad Ticarət Zonalarının yaradılması haqqında qanun layihəsi ilin sonuna qədər Milli Məclisə təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

O, qeyd edib ki, Azad Ticarət Zonasının yaradılmasında hüquqi rejim vacib faktordur: "Hazırlanmış qanun layihəsinin dövlət ekspertizasından keçirilməsi üçün Prezident İlham Əliyevin fərmanı əsasında vitse-spiker Valeh Ələskərovun rəhbərlik etdiyi işçi qrup yaradılıb. 3 ay ərzində razılaşma prosesi və ekspertiza gedəcək və ümid edirəm ki, ilin sonunda qanun layihəsi Milli Məclisə təqdim olunacaq".

T.Ziyadov həmçinin qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yük avtomobillərinin dövriyyəsi artıb: "2016-cı ildə 2015-ci illə müqayisədə yük avtomobillərinin sayında 100 faizlik artım var, 23 minə yaxın yük avtomobili Türkiyə və Mərkəzi Asiyaya və geri göndərilib. Bu ilin 4 ayı ərzində biz hər iki istiqamətə 10 min yük avtomobili yola salmışıq. Bu, çox müsbət tendensiyadır və ümid edirəm ki, davam edəcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2763044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR