Məşhur futbolçu 30 yaşında dünyasını dəyişdi

"Nyukasl" klubu və Kot-d'İvuar millisinin keçmiş futbolçusu Şeyk Tyote 30 yaşında dünyasını dəyişib.

Metbuat.az-ın məlumatına görə, Çinin "Beyntszin Enterprayzes" klubunda forma geyən Tyotenin halı məşq zamanı pisləşib. Huşunu itirən futbolçu dərhal xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Şeyk Tyotenin ölümünü meneceri Emanuele Palladino təsdiqləyib.

Tyote karyerası ərzində "Beyntszin"lə yanaşı, "Anderlext", "Roda", "Tvente" və "Nyukasl" klublarının formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR