x
Loading...

İş axtaranların NƏZƏRİNƏ - Vakansiyalar var

İş axtaranların NƏZƏRİNƏ - Vakansiyalar var
22:08 5 İyun 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Trend-in məlumatına görə, ümumilikdə 28 vakant yer müsabiqəyə çıxarılıb.

İnstitutun klassik folklor şöbəsinə 2 elmi işçi, Türk xalqları folkloru şöbəsinə 2 kiçik elmi işçi, Aşıq yaradıcılığı şöbəsinə 2 elmi işçi, Cənubi Azərbaycan folkloru şöbəsinə 4 : elmi işçi, 1 kiçik elmi işçi, Dədə Qorqud şöbəsinə 1 elmi işçi, 1 kiçik elmi işçi, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinə 1 elmi işçi, 1 kiçik elmi işçi, Folklor və yazılı ədəbiyyat şöbəsinə 1 elmi işçi, 2 kiçik elmi işçi, Mərasim folkloru şöbəsinə 2 elmi işçi, 1 kiçik elmi işçi, Musiqi folkloru şöbəsinə 1 elmi işçi, 1 kiçik elmi işçi, Müasir folklor şöbəsinə 1 elmi işçi, Mifologiya şöbəsinə 1 elmi işçi, 1 kiçik elmi işçi, Təhsil şöbəsinə 2 elmi işçi tələb olunur.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR