Yay mövsümündə dərinizi meyvə-tərəvəzlə qoruyun

Yay mövsümündə dərinizi meyvə-tərəvəzlə qoruyun
22:32 5 İyun 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən üz üçün meyvə-tərəvəzlərdən hazırlanmış maskaları təqdim edir:

Çiyələk - bir neçə çiyələyi əzin və bir xörək qaşığı xama ilə qarışdırın. Təmiz üzə və boyun nahiyəsinə sürtüb 20-25 dəqiqə uzanın. Maskanı göstərilən müddətdən sonra ilıq su ilə yuyun. Bu maska quru dərilər üçün nəzərdə tutulub. Əgər sizin dəriniz yağlı və ya normaldırsa, çiyələyi buğda unu ilə qarışdırın. Əgər allergiyanız yoxdursa, eyni maskanı malina və qarağatla edə bilərsiz.

Üzüm və gavalı - bu meyvələr yağlı dərini əla təmizləyirlər. Bir xörək qaşığı meyvələrin "ətini" bir yumurta ağı ilə qarışdırmaq lazımdır. Üzə qoyulandan 15 dəqiqə sonra maska sərin və ya otaq temperaturlu su ilə yuyulur. Həmçinin üzüm suyu qırışlara qarşı olduqca təsirlidir. Üzüm giləsini iki yerə bölüb üzünüzü gündə 2-3 dəfə masaj edin.

Təzə kələm - Blenderdə əzilmiş kələmi bir çalınmış yumurta ağı ilə qarışdırıb, 20 dəqiqə üzünüzdə saxlayın. İlıq su ilə yuyun. Maska sızanaqlardan azad edir, dərini təravətləndirir, canlandırır.

Armud - orta ölçülü təzə armudu sürtgəcdən keçirib və iki xörək qaşığı kefir və ya yoqurtla qarışdırın. Bu maska yağlı dərilər üçün idealdır. Maska 15 dəqiqəlik qoyulur və sərin su ilə yuyulur.

Albalı və gilas - Albalı yağlı və normal dəriyə əla qulluq edir. İki xörək qaşığı albalı meyvəsinin suyunu sıxın və kraxmal əlavə edin. Maska qoyulduqdan 15-20 dəqiqə sonra nəm pambıqla təmizləyin. Belə maska üzü parıldadır.

Üzü təmizləmək üçün gilas maskası olduqca effektivdir. Bir neçə əzilmiş gilas giləsinə 1 çay qaşığı bal və limon suyu əlavə edin. 15 dəqiqə üzdə qaldıqdan sonra sərin limon suyu ilə yumuşalmış sərin su ilə üzünüzü yuyun.

Unutmayın ki, hər bir meyvənin tərkibində kislota olduğundan, maskalardan sonra qidalandırıcı kremlərdən istifadə mütləqdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR