x
Loading...

Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi
22:34 5 İyun 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında   telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.

 

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Qətər ətrafında vəziyyəti müzakirə ediblər.

 

“Dövlət başçıları Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar”, məlumatda qeyd edilib.

 

Söhbət zamanı həmçinin vurğulanıb ki, Yaxın Şərqdə yaşanan kəskin böhranın aradan qaldırılması və terror təhdidləri ilə mübarizə beynəlxalq ictimaiyyət  sıx təmas və əlaqələndirmə tələb edir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.

 

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR