Sürücülərin diqqətinə: Bu yerlərdə park etmə ödənişli olacaq - VİDEO

Sürücülərin diqqətinə: Bu yerlərdə park etmə ödənişli olacaq - VİDEO
22:52 5 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marketlərin qarşısında dayanacaq ödənişli olacaq. Milli.Az bildirir ki, bu məqsədlə parkomatlar quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən nəzarət ediləcək dayancaqlarda parklanmanın hansı qiymətə olacağı hələlik müəyyənləşməyib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, marketlərin qarşısında parkomatların hansı qayda üzrə quraşdırılması, eləcə də qiymətlərini Nazirlər Kabineti müəyyən etməlidir.

Ancaq qaydaya görə marketlərin mülkiyyətində olan torpaq sahəsində parkomatlar quraşdırıla bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti isə parkomatların hansı ərazilərdə quraşdırılması və prosesə nə vaxtdan başlanılması ilə bağlı müraciətə cavab vermədi. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin diqqətinə: Bu yerlərdə park etmə ödənişli olacaq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR