Yataq otağınızı zövqlə döşəyin: İDEAL ƏŞYALAR

Yataq otağınızı zövqlə döşəyin: İDEAL ƏŞYALAR
23:05 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yataq otaqlarımız hər birimizin şəxsi guşəsidir. Lakin günümüzün üçdə birini keçirdiyimiz bu məkanın dizaynına çox zaman biganə yanaşırıq. Ancaq unutmayaq ki, yatmaq qədər vacib olan yatdığımız yerin dizaynına da xüsusi əhəmiyyət vermək vacibdir. Çünki bu, birbaşa olaraq yuxu keyfiyyətinə də təsir edir. Milli.Az ailem.az-a istinadən bir neçə detalla yataq otağını zənginləşdirməyin yollarını təqdim edir. Zövqlə döşənmiş yataq otaqlarına nail olmaq üçün bunları edin.

Rahat xalı
 
Yuxudan oyanan kimi ilk təmas yumşaq bir yer olmalıdır. Bunun üçün xalı seçərkən diqqətli olmaq lazımdır.
 
Mövzu
 
Yataq otağınızın başdan-ayağa bəzəkli olmasını istəyirsinizsə, bu, tamamilə sizin şəxsiyyətinizi əks etdirəcək mövzuda ola bilər. Başqa bir yol da var: bir neçə kiçik aksessuarla otağınızı daha da şəxsiləşdirə bilərsiniz.
 
Yastıqlar
 
Yataq otağınızda ən rahat yer yatdığınız yataq olmalıdır. Bunun üçün ehtiyacınız olan nəsnə rahat yastıqlardır.
 
Oturmaq üçün künc
 
Yataq otağınız genişdirsə, qonaq otağınız üçün bir alternativiniz var. Bəlkə kitab oxumaq üçün yataq otağınızda gözəl bir künc yarada bilərsiniz.
 
Texnologiyadan uzaq
 
Yataq otağında nə telefon, nə kompüter, nə də televizor olmalıdır. Şəxsi guşənizə xarici dünyanı daxil etməyin.
 
Şkaf
 
Yataq otağınızda olan şkafda bir çox əşyanızı saxlaya bilərsiniz.
 
Böyük bir yataq
 
Yataq otaqları yatmaq üçündür. Yatağınız nə qədər böyükdürsə, yuxunuz da bir o qədər komfortlu olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR