x
Loading...

Ayaqlara zərər verən yay ayaqqabıları - FOTO

Ayaqlara zərər verən yay ayaqqabıları - FOTO
23:05 5 İyun 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsti yay aylarında ayaqqabı seçərkən daha rahat oluruq. Çünki seçim çoxdur. Ancaq geyindiyimiz ayaqqabılar ayaqlarımızda qalıcı fəsadlara yol aça bilər. Odur ki, yayda ayaqqabı seçərkən bəzi detallara diqqət etmək lazımdır. Milli.Az ailem.az-a istinadən həmin detalları təqdim edir.

Düz dabanlı sneakerlər
 
Düz dabanlı ayaqqabılar ayaqlarınız və dizləriniz üçün çox zərərlidir. Xüsusən də hər gün geyinəndə. Bu cür ayaqqabılar alarkən iç dabanlarına diqqət etməlisiniz. Ortopedik olanları seçin.

Dabanlı tərliklər
 
Ayaqlarınızı uzun göstərən bu dabanlı tərliklər yerimək üçün uyğun deyil. Həm də daban çatlarına səbəb olur.

Espadrillər
 
Olduqca rahat və yüngül olan bu ayaqqabılar ayağınızın rahat nəfəs almasına kömək edir. Ancaq dabanları çox düz olduğu üçün ayaq qövsünü yetərincə dəstəkləmir. Buna görə uzun müddət bu ayaqqabı ilə gəzə bilməzsiniz. Ortopedik dabanlar sizi bu problemdən qurtara bilər.

"Vyetnamkalar"
 
"Vyetnamkalar"ın düz dabanlı olması ayağınızdakı qövs baxımından sağlam deyil. Yeriyərkən əzələni çox dartdığı üçün ayağınız yorula bilər. Həm də barmaqarası göbələyə də səbəb ola bilər. Bu cür ayaqqabıları ancaq çimərliklərdə geyinin.

Sivri uclu ayaqqabılar
 
Bu ayaqqabılar ayaq barmaqlarında qan dövranı problemlərinə səbəb olur. Ayaqların formasının dəyişməsi ayaq əzələlərində qan dövranını dayandırır və varikoza yol açır. Həm də dar ayaqqabılar sinirləri sıxdığı üçün xroniki ağrı sindromu yaşana bilər.

Platforma ayaqqabılar
 
Ayaqda deformasiya və lokomativ sistem pozuntusuna səbəb olur. Yeriyərkən ayaqlarınızı topuqdan barmaq ucuna doğru hərəkət etdirməlisiniz. Platforma ayaqqabı içində ayaq hərəkət etməz, əzələlər işləməz və bu da ayaq əzələlərinə çox yük düşməsinə səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR