Keçmiş sevgilinizə qayıtmamağınız üçün 5 səbəb

Keçmiş sevgilinizə qayıtmamağınız üçün 5 səbəb
23:17 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Alışdığımız səbəblər üzündən bəzən bitən münasibətdən sonra növbəti şansımız olmadığını düşünüb keçmiş sevgilimizə geri dönürük. Ancaq istənilən halda arxada qoyduqlarımız olduğu kimi qalmır. 

Bu səbəbdən Milli.Az axşam.az-a istinadən keçmiş sevgiliyə qayıtmamaq üçün 5 mühüm səbəbi təqdim edir: 

Xatirələr sizi rahat qoymaz: 

Əgər münasibətiniz bitibsə, bunun müəyyən səbəbləri olub. Üstəlik, bu zaman bəlkə də bir-birinizin qəlbini qırmısınız. Bütün bunlardan sonra yenidən münasibətə başlamaq bir müddət həyəcanlı olsa da, yenidən həmin problemləri müzakirə etmək istəyiniz yaranacaq. Yəni, keçmişin kölgəsi hər zaman yanınızda olacaq. 

Ətrafdakıların təzyiqi sizi bezdirəcək: 

Ətraf münasibətinizin davam etməsi üçün önəmlidir. Sizi sevən insanlar keçmişdə nə qədər kədərləndiyinizi, hansı problemləri yaşadığınızı bildikləri üçün ikinci cəhdinizə heç vaxt inanmayacaqlar. Sizin yenidən eyni problemi yaşayacağınızı və heç vaxt geri dönməli olmadığınızı tez-tez xatırladacaqlar. 

Ağlınızda həmişə sual işarələri qalacaq: 

Yaxşı münasibət üçün açıqfikirli olmaq önəmlidir. Amma siz artıq qarşınızdakının nəyi sevdiyini, nədən nifrət etdiyini çox yaxşı bilirsiniz. O cümlədən, o da sizin xasiyyətinizi bilir. Bu səbəbdən hər hərəkətinizi ölçüb-biçmək məcburiyyətində qalacaqsınız. 

İnamsızlıq sizi rahat buraxmayacaq:
 
"Keçmişdəki problemləri yenidən yaşasaq, nə olacaq" sualı sizi rahat buraxmayacaq. Ən sadə problemdə ağlınıza gələn ilk sual bu olacaq. Lazım olanda ondan ayrıla bildiyinizi bilmək sizi yoracaq. 

Başqalarına vermədiyiniz şans sizi düşündürəcək: 

Sevgilinizə ikinci şansı verəndə bunun təkrarçılıq olduğunu bilirsiniz. Bu səbəbdən ağlınızda həmişə "Görəsən, başqası ilə daha xoşbəxt ola bilərdim? Vaxt itirirəm" sualı olacaq. Bu şübhə isə sizin xoşbəxtliyinizə mane törədə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR