İnsan yaddaşını silməyin üsulu tapıldı

İnsan yaddaşını silməyin üsulu tapıldı
23:42 5 İyun 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan yaddaşının, xatirələrinin formalaşması sistemi fiziologiyada ən az öyrənilmiş sahələrdəndir. Yaddaşın möhkəmlənməsi, yaxşılaşdırılması sahəsində elmi bilgilər, tibbi üsullar mövcud olsa da, silinməsinə dair fikir söyləməkdə indiyədək alimlər çətinlik çəkirdilər.

Milli.Az bildirir ki, bu yaxınlarda ABŞ-ın Pensilvaniya ştatının Perelman Tibb Məktəbində yaddaşın uzunömürlülüyünə cavabdeh olan fermenti (orqanizmdə maddələr mübadiləsinə nəzarət edən və hüceyrələri formalaşdıran element) ortaya çıxarıblar. Ona təzyiq etməklə yaddaşı silmək mümkündür. Başqa sözlə, insanlar qəza keçirərkən müvəqqəti və ya daimi hafizə pozuqluğu bu fermentin zədələnməsi ilə bağlıdır.
Xatirələrin formalaşmasına isə sinaps adlı neyronlar cavabdehdir. Həmin neyronlara da ACSS2 adı verilmiş fermentlər təsir edir. Həmin fermentin funksiyası zəiflədiyi halda toplanmış xatirələr yavaş-yavaş unudulur.

Hazırda alimlər bu üsulla nevroloji, psixi xəstələri narahat edən xatirələrdən "təmizləməyi" düşünürlər. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/551367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR