İctimai Televiziyaya TAPŞIRIQ

İctimai Televiziyaya TAPŞIRIQ
11:04 8 Yanvar 2015
137 Sosial
Ölkə mətbuatı
A- A+

Əlilliyi olan şəxslərin potensialının cəmiyyətə təqdim olunması məqsədi ilə televiziya proqramları hazırlanacaq. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Televiziya kanallarında müxtəlif informasiya xarakterli verilişlərin eşitmə qabiliyyəti pozulmuş  əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün surdo tərcüməçinin təmin olunması, publisistik, elmi-kütləvi və mədəni-maarif yönümlü teleradio proqramlarının onların tələbatına uyğunlaşdırılması da nəzərdə tutulub.

Bununla bağlı “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, ”İctimai Televiziya və Radio Yayımları Şirkətinə tapşırıq verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR