"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola iyunun 3-də baş tutan Çempionlar Liqasının finalı barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis "Real Madrid"in layiqli çempionluq qazandığını qeyd edib.
"Zidanla mənim saç düzümüm oxşardır. O, güclü məşqçidir. Mənimlə müqayisədə başqa səviyyənin futbolçusu olub. Ona görə şadam, inanılmaz işlər görür. Çempionlar Liqasında layiqli qələbə münasibətilə "Real"ı təbrik edirəm. Amma deməliyəm ki, "Barselona" həmişə geri dönüş edir. Valverde yaxşı mütəxəsisdir. Onunla yaxın dostuq. "Barcelona" üçün axşı məşqçi seçimidir".
Milli.Az