İmişlidə qəza: 1 ölü

İmişlidə qəza: 1 ölü
01:01 6 İyun 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İmişli rayonu, Ağaməmmədli kəndində avtomobil qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “QAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Məmmədov Valeh Haxverdi oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:05-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2763088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR