Çaylarda suyun səviyyəsi azaldı

Çaylarda suyun səviyyəsi azaldı
01:48 6 İyun 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 275 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 274 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 57 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2016-cı il iyunun 05-də 347 sm), Şirvanda 259 sm, Salyanda 169 sm (2016-cı il iyunun 05-də 126 sm), Bankədə 189 sm (2016-cı il iyunun 05-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2016-cı il iyunun 05-də 80 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/201469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR