Bakı. 6 iyun. REPORT.AZ/ İŞİD beynəlxalq terror təşkilatı Avstraliyanın Melbrun şəhərində törədilən silahlı hücuma görə məsuliyyəti üzərinə götürüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücumu qruplaşmanın üzvü həyata keçirib.
Bu gün KİV-də Melbrunda partlayış və atışmanın baş verməsi, sonradan isə caninin bir qadını girov götürməsi barədə məlumat yayılıb. Sonra binadan bir kişi meyiti tapılıb. Asayiş keşikçiləri canini zərərsizləşdirərək girovu azad ediblər.