x
Loading...

“LG Pay” istifadəyə verilib

“LG Pay” istifadəyə verilib
07:42 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

"LG Electronics" şirkəti "LG Pay" mobil ödənişlər servisini istifadəyə verib. Servis digər Cənubi Koreya istehsalçısı - "Samsung" şirkətinin "Samsung Pay" sisteminin analoqu hesab edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "MCT" (Magnetic Communication Technology) texnologiyasından istifadə edən yeni xidmət smartfonu adi terminallara yaxınlaşdırmaqla ödənişlər həyata keçirməyə imkan verir. Əməliyyatların istifadəçinin barmaq izi skaneri ilə təsdiq edilməsi tələb olunur.  

Məlumata görə, hazırda Cənubi Koreya ərazisində istifadəyə verilən "LG Pay" sistemi "Shinhan", "KB", "BC" və "Lotte" bank kartlarını dəstəkləyir. Gələcəkdə şirkət servisin coğrafiyasını genişləndirməyi nəzərdə tutsa da, hazırda bu barədə konkret planlar açıqlamır.

"LG Pay" xidmətini ilkin olaraq proqram təminatı ilə birlikdə yeni funksiyaya malik olacaq "LG G6" smartfon istifadəçiləri sınaqdan keçirə biləcəklər. Bir müddət sonra digər qurğu istehsalçıları da servisi dəstəkləməyi planlaşdırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/551159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR