Fransanın Bakıdakı səfirliyində bayraqlar endirildi

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirildi
11:05 8 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib
APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15:00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükutla yad edəcəklər.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Fransa Prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR