“Google” pilotsuz yük avtomobilini sınayır

“Google” pilotsuz yük avtomobilini sınayır
09:05 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Google"un tərkibində olan və pilotsuz avtomobillər üçün texnologiyalar işləyib hazırlayan "Waymo" şirkəti avtonom yük maşınlarının sınaqlarına başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, daha əvvəl açıqlanmayan bu layihə "Uber" üçün ciddi rəqib kimi qiymətləndirilir. Belə ki, "Uber" bir il əvvəl avtonom yükdaşımaları sahəsində innovasiyalar üzərində çalışan "Otto" şirkətini satın alıb.
 
"Waymo" nümayəndəsi bildirib ki, hələlik şirkətin 1 ədəd test modeli var. Sınaq zamanı həmin model ənənəvi üsulla - insan tərəfindən idarə edilib və lazımi məlumatlar toplanıb. "Avtonom idarəetmə texnologiyası insanları və yükləri indikindən daha təhlükəsiz daşımağa, bununla da il ərzində yük avtomobillərinin törətdiyi qəzalarda minlərlə insanın ölməsinin qarşısını almağa imkan verəcək", - deyə şirkət təmsilçisi söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR