5 yaşlı uşaq transformatorda yandı

5 yaşlı uşaq transformatorda yandı
09:08 6 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda azyaşlı uşağın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib. İnsident Xəzər rayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Abbasova Aysu Taleh qızı həmyaşıdları ilə futbol oynayarkən, top yaxınlıqdakı transformatorun yanına düşüb. A.Abbasova topu axtararkən transformatorun içərisinə daxil olub. Bu zaman uşaq ehtiyatsızlıqdan açıq elektrik naqillərinə toxunub.

Nəticədə, A.Abbasovanı cərəyan vuraraq yandırıb. Ağır xəsarət alan uşaq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, uşaq Bakıya Sabirabad rayonundan ailəsi ilə qonaq gəlib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR