Tornado kişinin eyninə olmadı, həyəti təmizləməkdə davam etdi

Tornado kişinin eyninə olmadı, həyəti təmizləməkdə davam etdi
09:57 6 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Tri Hills şəhər sakini evinin qabağındakı otu xüsusi aparatla təmizləyən vaxt "Tornado" başlayıb.

Milli.Az musavat.com-a istinadən xəbərinə görə, o, həmin vaxt "Tornado"ya baxmayaraq işini davam etdirib və həyat yoldaşı bu anı fotoaparatın yaddaşına həkk edərək, yayıb. Fotolar və kişi bir günün içində internetdə fenomenə çevrilib.

Qadın bayırdakı "Tornado"ya görə narahat olsa da, kişi işini yarımçıq qoymaq istəməyib və deyib ki, təlaşa səbəb olacaq heç nə yoxdur. Onun dediyinə görə, "Tornado" təxmin edildiyindən çox uzaqda baş verib. Hadisənin baş verdiyi yerlə onun evi arasında iki kilometr olub və "Tornado" şəkil çəkiləndən 5 dəqiqə sonra bitib. Şəhər sakinlərindən heç kim zərər çəkməyib. Qadın isə iddia edir ki, sözügedən fotonu Facebook-da yerləşdirdiyi 2 gün ərzində onu 3.5 min nəfər paylaşıb və bu, ciddi səs-küy yaradıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR