ABŞ-ın vitse-prezidenti: “Rusiya, İran və terror dünya üçün başlıca təhlükə mənbəyidir”

ABŞ-ın vitse-prezidenti: “Rusiya, İran və terror dünya üçün başlıca təhlükə mənbəyidir”
10:12 6 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiya, İran və terroru dünya üçün başlıca təhlükə mənbəyi adlandırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Atlantik Şurasının iclasındakı çıxışında bildirib.
O deyib ki, ABŞ NATO-dakı müttəfiqlərinə həmin təhlükəyə qarşı mübarizədə yardım etməyə hazırdır.
“Kommunizmin 25 ildir çökməsinə baxmayaraq, bu gün dünya daha təhlükəli olub. Rusiyanın beynəlxalq sərhədləri güc yolu ilə bağlamaq cəhdindən, İranın Yaxın Şərqdə sabitliyi pozmaq cəhdi, qlobal terror təhlükəsindək – hamısı dünyanın istənilən yerində, istənilən zaman zərbə vura bilər”, deyə o vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-vitse-prezidenti-rusiya-i-ran-ve-terror-dunya-ucun-baslica-tehluke-menbeyidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR