SABIS Regional Turnirində şagirdlərin yüksək nəticələri

SABIS Regional Turnirində şagirdlərin yüksək nəticələri
10:29 6 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Maraqla gözlənilən 11-ci SABIS Regional Turniri 21-23 aprel tarixlərində Omanın Muskat şəhərində yerləşən Xurafat Beynəlxalq Məktəbinin ev sahibliyi ilə keçirilib.

İki ildən bir keçirilən turnirə Azərbaycan, Bəhreyn, Misir, Almaniya, İordaniya, Iraqın Kürdistan regionu, Livan, Oman, Pakistan, Qatar, Rumıniya, Səudiyyə Ərəbistan, Suriya və BƏƏ daxil olmaqla dünyanın 14 ölkəsinin 24 SABIS məktəblərindən təqribən 1000 iştirakçı qoşulub.

SABIS Regional Turniri SABIS məktəblərində təhsil alan şagirdlərə atletik bacarıqlarını nümayiş etdirməyə, komanda ruhu və bir sıra idman növlərində dürüst rəqabət aparmaq imkanı yaradan idman yarışlarıdır. İştirak edən şagirdlər 4 idman növünün 28 müxtəlif kateqoriyaları üzrə həvəslə yarışmışdırlar: basketbol, futbol, yüngül atletika və üzgüçülük.

Tədbir H.H. Al Sayyid Taimur Assad Tariq Al Said – Araşdırma Şurasının rabitə üzrə baş katib müavini, həmçinin, Təhsil və İdman nazirliyinin nümayəndələri, valideynlər, icma üzvləri və digər VİP qonaqları qarşılamaqla təntənəli açılış mərasimi ilə başlayıb. Rəsmi Oman hava qüvvələrinin marş orkestrinin və at belində çaparların çıxışları, Muskat-Beynəlxalq Xurafat Məktəbinin şagirdlərinin rəqs nümayişləri gələn qonaqları valeh edib. Nümayişlərdən sonra Oman Təhsil Nazirliyinin Özəl Məktəblər üzrə baş direktoru Fatma Abdulabbas Noorani xanım, SABIS məktəblərinin vitse prezidenti Victor Saad və Muskat- Beynəlxalq Xurafat Məktəbinin direktoru çıxış edib.

Victor Saadi öz çıxışında vurğulayıb: “Beləliklə, bu gün bizimlə birlikdə olan bütün iştirakçılara bildirmək istərdim ki, yarışmaçılar qaçış zolağında başlama nöqtəsindən start götürərkən, hovuza atılarkən və ya mühim qollar vurarkən yalnız bayraqlarını qaldırmır, medallar qazanmır və ya məşqçilərini məmnun etmirlər. Eyni zamanda onlar, uzun illərə dayanan sonsuz idmançı dəyərləri qazanırlar. Qalib gəlmək təbii ki, önəmlidir lakin, dəyərli təcrübə qazanmaq da eyni əhəmiyyətə malikdir”.

Qonaqların gözəl atmosferdən, musiqilərdən, yeməklərdən və yarışlardan zövq alması ilə tədbir böyük uğur əldə edib. SABIS məktəblərinin şagirdəri gücünü, dözümlülüyünü və atletik bacarıqlarını möhtəşəm şəkildə tamaşaçılara nümayiş ediblər. Yarışlar yaxınlaşır və hakimlər tədbirdə hiss olunan yüksək səviyyəli idmançı keyfiyyətlərdən heyran olublar.

Iştirak edən bütün məktəblərin qələbə payı var lakin, çalışqanlıq və uğurlarına görə qalib gələn komandalar medal ilə təltif olunublar. Tamaşaçılar SIS-Adma və ISC-Cairo qızlar komandası arasında keçirilən həyəcanlı basketbol yarışlarında ISC-Cairo qızlarının qələbə qazanmasının şahidi olublar. Turnirdə oğlanlardan ibarət ISC-Dubay və ISC-Xurafat basketbol komandası son ana qədər mübarizə apardılar və ISC-Xurafat komandası qalib gəlib. Futbolda isə qızğın mübarizədə 10 yaş altı ISC-Koura oğlanlar komandası 10 yaş altı ISC-Amman oğlanlar komandasını məğlub edib.14 yaş altı oğlanlardan ibarət ISC-Muscat və ISC-Erbil futbol komandaları futbol meydançasında öz məharətlərini nümayiş ediblər və ISC-Muscat komandası ISC-Erbil komandasını məğlub edib.

Üzgüçülük və yüngül atletika yarışları çəx gərgin idman mübarizəsi şəraitində keçirildi və 24 mövcud yarışmadan 10 yeni rekord əldə olunub. Bunlardan 3-ü yüngül atletika, 7-si isə üzgüçük üzrə təyin olunub. Misir, Almaniya, İordaniya, KSA, Livan, Oman, Qatar, Rumıniya və BƏƏ tələbələri yarışlarda bütün bacarıqlarını nümayiş etdirərək bu idman növlərində əldə etdiyi uğurlarına görə qızıl medal qazanıblar. Bu cür möhtəşəm performans ilə, idmançı tələbələr gələcək rəqibləri üçün yüksək örnək və təcrübə mənbəyi olacaq.

11-ci SABIS Regional Turniri ilə bağlı daha ətraflı məlumatı rəsmi Facebook səhifəsindən facebook.com/SABISRegionalTournament və ya regionaltournament-sabis.net əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR