Bakıda 2 nəfər bədbəxt hadisənin qurbanı oldu

Bakıda 2 nəfər bədbəxt hadisənin qurbanı oldu
10:34 6 İyun 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Xətai rayon sakini 71 yaşlı Arif Cəbiyev Naximov küçəsi 11 ünvanındakı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb. Ağır xəsarət alan kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Bundan başqa, dünən Qaradağ rayonunda da bədbəxt hadisə baş verib. Puta qəsəbəsindəki daş karxanasında işləyən 36 yaşlı Daşıqn Şahbazovu elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR