x
Loading...

Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyinə ehtiyac var”

Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyinə ehtiyac var”
10:58 6 İyun 2017
29 Digər
Ölkə mətbuatı
A- A+

“Yaşadığımız müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyinə, mənəvi həmrəyliyinə və tərəfdaşlığına böyük ehtiyac var”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında çıxışı zamanı bildirib.

Z.Qaralov deyib ki, bütün bunlar həmin ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir:

“İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün yaxşı şərait mövcuddur. Azərbaycan bu məsələyə hər zaman öz töhfəsini verir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR