"Qəbələ"dən ayrılanların sayı 10-a çatdı - RƏSMİ

"Qəbələ"dən ayrılanların sayı 10-a çatdı  - RƏSMİ
11:17 6 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

 “Qəbələ” daha iki futbolçu ilə bağlı qərarını rəsmən açıqlayıb. Fanat.Az xəbər verir ki, klubun saytında qapıçı David Petrzkeviç və müdafiəçi Murad Musayevlə yolların ayrılması haqda informasiya yerləşdirilib.

 


2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Petrzkeviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
 

2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

 Bunadək bölgə təmsilçisi Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə əməkdaşlığa son qoymuşdu. Beləliklə, "qırmızı-qaralar"ın sıralarını tərk edənlərin sayı 10-a çatıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotdn-ayrlanlarn-say-10-a-catd-t58551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR