11-ci sinif şagirdləri arasında bıçaqlanma

11-ci sinif şagirdləri arasında bıçaqlanma
11:23 6 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda məktəb 11-ci sinif şagirdləri arasında bıçaqlanma olub. Hadisə Suraxanı rayonu 85 saylı məktəbdə baş verib.

Məktəbin direktor müavini Yeganə Məlikova Publika.az-a bildirib ki, hadisə məktəbin hasarından kənarda dərsdən əvvəl baş verib.

“Bıçaqlanan şagird Turan Əliyev əvvəl bizim məktəbdə oxuyub, indi başqa məktəbdə təhsil alır. Onu bıçaqlayan Tərlan Hacıyev bizim məktəbin şagirdidir. Amma hadisənin necə baş verdiyini bilmirik. Çünki dərsdən əvvəl və məktəbdən kənarda baş verib. Ona görə də hadisə barədə məlumatımız bu qədərdir”.

Qeyd edək ki, xəsarət alan şagird xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR