Trampın Səudiyyə ilə Qətər arasındaki gərginlikdə rolu olub?

Trampın Səudiyyə ilə Qətər arasındaki gərginlikdə rolu olub?
11:27 6 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gərginləşən Səudiyyə Ərəbistanı - Qətər münasibətlərində mənim üçün iki sual aktualdır. Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridirlər və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərignləşləsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, indi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə "İslam, ərəb, Amerika" sammiti keçirmişdi: "Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi".

Ekspert İranın bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə və Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacağı ilə bağlı mülahizələrini də açıqlayıb: "Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdiridi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən əvvəla "Əl-Qaidə", "İŞİD", "Müsəlman Qardaşları" kimi qruplaşmalara dəstəkdən əl çəkəcək, ikincisi, İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR