30 yaşı keçmisinizsə, bu qidalardan uzaq durun

Qadın və kişilər müəyyən yaşdan sonra qidalanmalarına diqqət etməlidir. Əks halda, erkən yaşlanmaq, sonsuzluq, artıq çəki kimi bir çox problemlər üzə çıxacaq.

Metbuat.az xəbər verir ki, mütəxəssislər 30 yaşdan sonra uzaq durmalı olduğunuz qidaları açıqlayıb.

Qoğal, ağ çörək

Tərkibindəki maddələr proteinlərə zərər verərək qırışıqlığa və erkən yaşlanmağa səbəb olur.

Kremli qəhvə

İçərisində krem olan qəhvələr bədənin qısa müddətdə yağlanmasına səbəb olur, xolestrolu yüksəldir.

Kek və qurabiyə

Kek və qurabiyə kimi şirniyyatlar 30 yaşdan sonra sizə çəki olaraq qayıdır. Həmçinin, 30 yaşda qaraciyər funksiyalarında problem ola bilər. Buna görə, toksinlərdən uzaq qalmaq üçün süni dadlandırıcı tərkibli qidalar yeməməlisiniz.

Marqarin

Tez-tez marqarin istifadə etmək ciddi ürək-damar xəstəliklərinə və dərinin qısa müddətə qırışmasına səbəb ola bilər.

İşlənmiş məhsullar

Sosiska, sucuk, kolbasa kimi məhsullar kişilərdə sperma sayının azalmasına və çox istifadə edildiyində sonsuzluğa səbəb olur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR