x
Loading...

Təranə Qumralla Sərxan Kərəmoğlu SÖZ DAVASINA ÇIXDI: "QATIQLAMA"

Təranə Qumralla Sərxan Kərəmoğlu SÖZ DAVASINA ÇIXDI: "QATIQLAMA"
11:29 6 İyun 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

“Maşın şou” yarışmasının növbəti günü də qalmaqalsız ötüşməyib. Lent.az-ın məlumatına görə, bu dəfə müğənni Təranə Qumralla aparıcı, aktyor Sərxan Kərəmoğlu söz davasına çıxıb.

 

Belə ki, jurnalist Vüqar Vüqarlı səs-verməyə çıxıb və səs toplayacağı halda S.Kərəmoğlunu yarışdan uzaqlaşdıracağını söyləyib. T.Qumral isə Vüqarın Sərxanı çıxarmayacağı təqdirdə aktyoru sabah özü kənarlaşdıracağını vurğulayıb:

“Ya sən bu gün Sərxanı çıxarırsan, ya da onu mən sabah çıxaracam. Mənim Sərxanla şəxsi qərəzliyim yoxdur. Amma bu gün Vüqar onu çıxarmasa, sabah mən hamıdan xahiş edəcəm ki, şəklimi atsınlar və onu çıxarım”.

S.Kərəmoğlu isə T.Qumralın bu sözlərinə belə cavab verib:

“Bu gün V.Vüqarlı ilə mübarizə aparmıram. Qalarsa, lap yaxşı. Amma qalmazsa, xalq məni seçərsə, mən Təranə Qumrala maşında qalmağa imkan vermərəm. Təranə günəşi qayğanaq görənlərdəndir. Ona görə başına həmişə iş gəlir”.

Müğənni aktyorun "Qayğanaq" sözündən əsəbiləşib: “Mən bir günəşi qayğanaq görürəmsə, sən bütöv həyatı qayğanaq görürsən. "Qatıqlama". Həddini bil”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR