"Türk Hava Yolları" 60-dan artıq uçuşu təxirə saldı

"Türk Hava Yolları" 60-dan artıq uçuşu təxirə saldı
11:06 8 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 8-də ümumilikdə 57 daxili və 7 xarici uçuşu təxirə salıb.

Bu barədə Trend aviaşirkətin saytına istinadən xəbər verir.

Şirkətin məlumatına görə, təxirə salınan xarici reyslər arasında Tbilisi, Budapeşt, Aşqabad, Brüssel, Saloniki, Priştina və Skopye reysləri var.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar və şaxtalar olub.

Qeyd edək ki, yanvarın 6-7-də "Türk Hava Yolları" ümumilikdə 44 daxili və xarici reysi təxirə salmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR