x
Loading...

Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində olub

Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində olub
11:50 6 İyun 2017
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə, həmçinin Anqolanın neft şirkəti olan Sonangol şirkətinin icraçı direktoru və İcraçı komissiyasının prezidenti Paulino Xeronimo da daxil idi.

Görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən bəhs etdi və bu əlaqələrin inkişafınin hər iki ölkənın maraqlarına xidmət edə biləcəyini vurğulayıb. O, Anqolalı tələbələrin BANM-də təhsil almasını təklif etdi. E.Qasımov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd edib.

Xose Maria Botelyo de Vaskonselos həm Neft Nazirliyinin, həm də Sonangol şirkətinin Anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və gənclərin Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib. O, həmçinin nazirliyin dəstəyi ilə mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını da qeyd etdi və bu istiqamətdə BANM-in təcrübəsindən yararlana biləcəklərini bildirib.

Qeyd edək ki, Anqolanın nümayəndə heyətinin Bakıya səfəri 24-cü Beynəlxalq Neft və Qaz sərgisi çərçivəsində həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR