x
Loading...

Zakir Qaralov: “Bəzi qüvvələr Azərbaycan ordusuna ləkə vurmaq istəyirlər”

Zakir Qaralov: “Bəzi qüvvələr Azərbaycan ordusuna ləkə vurmaq istəyirlər”
11:57 6 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən müxtəlif məlumatlar və məqalələr dərc edirlər". 
“Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.
O bildirib ki, artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib: "Bütün KİV-ləri bu məlumatların işıqlandırılmasından çəkindirməyə çağırıram. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordsuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə vuraraq xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/zakir-qaralov-bezi-quvveler-azerbaycan-ordusuna-leke-vurmaq-isteyirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR