x
Loading...
.

"Burada korrupsiya tam istisna olunur" - Baş prokuror

"Burada korrupsiya tam istisna olunur" - Baş prokuror
11:59 6 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

"İqtisadi Əməkdaşlıq Təşkilatı müxtəlif mədəniyyətləri birləşdirən bir körpüdür. Azərbaycan təşkilatın tədbirlərində aktiv iştirak edir, iki dəfə tədbirlərə ev sahibliyi edib. Azərbaycan iki dəfə bu təşkilata sədr seçilib".
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə baş prokuror Zakir Qaralov bildirib.
 
Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet sahədir və İƏT-in bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir: "Ermənistanın işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün durumuna düşüb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olunub, hüquqi islahatlar yolu seçilib. Bu kurs prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
 
Z. Qaralov qeyd edib ki, korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır: "Azərbaycan beynəlxalq və regional səviyyədə bütün konvensiyalara qoşulub, bu sahədə qanunvericilik təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Bu sahədə 3 milli fəaliyyət planının icrası başa çatdırılıb. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu sahədə uğurla fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə "Asan xidmət"in rolunu xüsusi vurğulamaq istəyirəm, burada fəaliyyət korrupsiyanı tam istisna edir. "Asan xidmət" beynəlxalq səviyyədə digər ölkələrə tövsiyə edilməkdədir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR