Qətərdən barışıq mesajı

6 Ərəb ölkəsinin diplomatik münasibətləri kəsdiyi Qətər Körfəzdə yaranan böhranı azaltmaq üçün barışıq mesajı göndərib.

Metbuat.az xəbər verir ki, xarici işlər naziri Körfəzdəki qonşuları ilə dialoq istədiklərini söyləyib.

Qeyd edək ki, Qətər əmirinin bu gün vasitəçi qismində çıxış edən Küveyt lideri ilə danışıqları təxirə düşüb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR