"Özünü müxalifət adlandıran qüvvələr digər ölkələrdə hesablar açmaqla pul alırlar"

"Özünü müxalifət adlandıran qüvvələr digər ölkələrdə hesablar açmaqla pul alırlar"
12:12 6 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

"Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həmin siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölklərdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
O bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb: "Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənlər saxlayır, müxtəlif avtomobillər alılar, xarici səfərləri nəyin hesabına edirlər. Onlar maliyyə hesabatları vermirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR