"Cangüdənləri necə saxlayır, xarici avtomobilləri necə alırlar?" - Zakir Qaralov

"Cangüdənləri necə saxlayır, xarici avtomobilləri necə alırlar?" - Zakir Qaralov
12:39 6 İyun 2017
26 Digər
Ölkə mətbuatı
A- A+

 

"Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT-lər qanunvericiliyin tələblərini, xüsusən maliyyə şəffaflığı sahəsində tələbləri pozublar".

 

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

 

Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına , QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.

 

Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT-lər və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə ictimai işlərlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR