"Bakını çox bəyənirəm, Dubaydan fərqi yoxdur" - Fərhad Göçər - VİDEO - FOTO

"Bakını çox bəyənirəm, Dubaydan fərqi yoxdur" - Fərhad Göçər - VİDEO - FOTO
12:47 6 İyun 2017
60 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan tanınmış türkiyəli müğənni Fərhad Göçər olub.

Milli.Az xəbər verir ki, maraqlı açıqlamalar verən sənətçi, ilk olaraq mahnılarını özünün xarakterinə uyğun seçib oxuduğunu bildirib:

"Xarakterimi yansıdan mahnılardır. Keçmişimdə platonik sevgilər yaşamışam. İçimdə saxlamışam. Ona görə də belə alınır. İndiki mahnılar da buna uyğundur. İndi çox xoşbəxtəm və rahatam. Mənə görə bir kişini xoşbəxt etmək üçün sevgi və hörmət gərəkli amillərdir. Sonsuz güvən olmalıdır, yalan söyləmək olmaz". 

Müğənni daha sonra həkimliyi, həm də müğənniliyi eyni anda bacarmasından da söz açıb:

"İndi də Səhiyyə Nazirliyində çalışıram. 25 ildir fəaliyyət göstərirəm. Sizdə də Polad Bülbüloğlu bu cür fəaliyyət göstərir. Çox hörmət edirəm ona. Yeni albomlarım çıxdığı zaman növbələrdə olarkən xəstələr məni tanıyıb gülümsəyirdilər. Çox xoş anlar olub. Uzun illər yuxusuz qalıb, gecə-gündüz işlədim. Amma sonradan əməklərimin qarşılığını aldım. Övladlarımın heç biri yolumu davam etdirmədi. Biri qrafika oxuyur, oğlum da biznes sahəsində təhsil alır".

Sonda Fərhad Göçər tətili hara keçirəcəyindən və Azərbaycan haqda söz açıb:

"Tətildə Bodruma gedəcəyik. Orada qohum-əqraba ilə birlikdə zaman keçirməyi düşünürük. Azərbaycana tez-tez gəlirəm. Hardasa 2-3 aydan bir Bakıya, Gəncəyə gəlib-gedirəm. Tez-tez konsertlərimiz olur. Bakını çox bəyənirəm. Dubaydan fərqiniz yoxdur. Çox təmiz havası var, qısqandıracaq dərəcədə gözəl şəhər olub".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Bakını çox bəyənirəm, Dubaydan fərqi yoxdur" - Fərhad Göçər


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR