Baş prokuror ordumuzdakı casus şəbəkəsindən danışdı: "Onların ifşasında..."

Baş prokuror ordumuzdakı casus şəbəkəsindən danışdı: "Onların ifşasında..."
12:53 6 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

“Cinayətkar casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Z.Qaralov deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir:

“Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR